İsrail ordusu Qəzza zolağı və Livana yenidən zərbələr endirib - VİDEO

   İsrail ordusu Qəzza zolağı və Livana yenidən zərbələr endirib    - VİDEO
  07 Aprel 2023    Oxunub:1020
İsrail ordusu Qəzza zolağına olan hücumları, endirilən zərbələri bərpa edib. AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (ÇAXAL) bəyanatında məlumat verilib.
Maraqlıdır ki, ordunun Qəzza zolağına zərbələrin bərpa olunması elanı İsrail hərbçilərinin Livanın cənubunda da əməliyyatlar keçirməsi barədə bəyanatından sonra verilib.

İsrail Müdafiə Ordusu bildirib ki, Qəzza zolağına hava zərbələrinin endirilməsi HƏMAS-ın raket hücumlarından sonra reallaşıb.

“Bir müddət əvvəl ÇAXAL döyüş təyyarələri HƏMAS terror təşkilatının Qəzza zolağındakı obyektlərinə, o cümlədən yeraltı silah istehsalı kompleksi olan şaxtalara, üç silah istehsalı obyektinə və terrorçuların tunelinə zərbələr endirib”, - qurumdan verilən məlumatda yazılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   Qəzza  





Xəbər lenti