Ana həbsdəki oğluna metamfetamin gətirdi

   Ana həbsdəki oğluna metamfetamin gətirdi
  07 Aprel 2023    Oxunub:951
Bakı istintaq təcridxanası və 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş telefon və psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətdən AzVision.az -a verilən məlumata görə, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Dəyanət Süleymanova qardaşı Tacəddin Süleymanov tərəfindən gətirilmiş sovqata baxış zamanı gödəkçənin içəri cibində gizlədilmiş “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Kamran Mirzəzadə ilə qısamüddətli görüşə gəlmiş anası Sevinc Musayevanın üzərinə baxış keçirilən zaman isə gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,042 qram psixotrop maddə - metamfetamin aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.
AzVision.az


Teqlər:



Xəbər lenti