Rusiya şirkəti Türkiyədə 320 milyon dollara yanacaqdoldurma şəbəkəsi alıb

Rusiya şirkəti Türkiyədə  320 milyon dollara  yanacaqdoldurma şəbəkəsi alıb
  07 Aprel 2023    Oxunub:854
Rusiyanın “Tatneft” şirkəti Türkiyədə 570-dən çox yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkənini 320 milyon dollara alıb.
AzVision.az xəbər verir ki, bu barədə şəbəkənin keçmiş ortaq sahibi Türkiyənin "Dogan Holding"i məlumat yayıb.

Holding 2015-ci ildə "Aytemiz Akaryakıt" yanacaqdoldurma məntəqəsi şəbəkəsində 50% pay alıb.
“Tatneft”in İdarə Heyəti isə fevral ayında Türkiyədə nümayəndəliyin açılmasını təsdiqləyib. Şirkətin əsas biznesi Rusiyada yerləşir.

KAP maliyyə portalının məlumatına görə, "Aytemiz Akaryakıt"ın 2022-ci il üçün gəliri 29 milyard türk lirəsindən (1,5 milyard dollardan çox-red.) çox olub. Şirkət Türkiyənin 77 vilayətində 570-dən çox yanacaqdoldurma məntəqəsinə sahib olduğunu və 5,5 milyondan çox avtomobilə xidmət etdiyini bildirir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti