Naxçıvanın Statistika Komitəsinin sədri işdən çıxarılıb

   Naxçıvanın Statistika Komitəsinin sədri işdən çıxarılıb
  07 Aprel 2023    Oxunub:1166
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov vəzifəsindən azad edilib, onun yerinə Hüseyn Fərəməz oğlu Bağırov təyin olunub.

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov F.Bağırovu kollektivə təqdim ediblər.

Qeyd edək ki, Hüseyn Bağırov 1979-cu ildə Naxçıvan şəhərində anadan olub. Bu təyinatadək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində çalışıb.

AzVision.az


Teqlər:



Xəbər lenti