"Ermənistanın pulu ilə maliyyələşənlər ..." - Siyavuş Novruzov
O bildirib ki, İran və Ermənistanın pulu ilə maliyyələşənlər ölkəmiz haqqında yalan məlumatlar yayır.
S.Novruzov vurğulayıb ki, bu gün dünya informasiya əsasında idarə olunur: “Dünyada gedən müharibələr də məhz informasiya müharibələrindən başlayır. İnformasiyanın qorunması, saxlanılması, ötürülməsi bu gün üçün aktual məsələdir. Bu sahədə qanunvericilik bazamızı daha da sərtləşdirməliyik. Misal olaraq, deputat Fazil Mustafaya qarşı edilən sui-qəsdi hər kəs bir tərəfə yönləndirir. İnsanın sağlamlığı ilə mübarizə apardığı dövrdə onun barəsində yalan informasiyaların yayıldığını da görürük. Bu kimi yalan informasiyaların qarşısını almaq üçün lazımi addımlar atıb qanunları sərtləşdirməliyik. Hər adamı məhkəməyə verməyə qalsa, gərək həmin məhkəmənin qarşısında yüz deputat dayana və həmin şəxsləri məhkəməyə cəlb etsin”.
Deputat əlavə edib ki, hər gün ölkəmizlə bağlı saxta informasiyaların şahidi oluruq:
"Xaricdə oturanlar yalan məlumatlar yayır. Azərbaycanın dövlətinin, Prezidentinin gördüyü işləri fərqli formada insanlara sırımağa çalışanlar var. Bunun qarşısını almaq lazımdır. Qanun çərçivəsində mütləq qabaqlayıcı tədbirlər görülməlidir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


