Fransa hökuməti: "İçməli sularımız pestisidlərlə güclü şəkildə çirklənib"

   Fransa hökuməti:    "İçməli sularımız pestisidlərlə güclü şəkildə çirklənib"
  07 Aprel 2023    Oxunub:719
Fransanın içməli su hövzələri bir neçə ildir qadağan edilmiş funqisid qalıqları ilə güclü şəkildə çirklənib. Bu isə pestisidlərin izlərinin uzun müddət ətraf mühitdə qaldığını göstərir.
AzVision.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd edilir ki, Fransanın Milli Səhiyyə Təhlükəsizliyi Agentliyi (ANSES) ölkə daxilində su nümunələrini araşdırıb. Xüsusən də 157 pestisidin və onların metabolitlərinin izlərini, yəni maddənin deqradasiya komponentlərini axtarıb. "Axtarılan 157 birləşmədən 89-u ən azı bir dəfə xam suda, 77-si isə təmizlənmiş suda aşkar edilib", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti