Kipr Ukraynaya silah verməkdən imtina edib
"Kipr Respublikası hərbi komponentə töhfə verməyəcəyini açıq şəkildə bildirdi. Çünki Kipr heç bir halda silahsız qala bilməz",- Letimpiotis qeyd edib.
Qeyd edək ki, cümə günü Ukraynanın müdafiə naziri Aleksey Reznikov Lefkoşadan olan həmkarı Mixalis Yorqallas ilə danışıqlar aparmaq üçün Kiprə gəlib. Görüşün gedişatını şərh edən hökumət sözçüsü bildirib ki, tərəflər hərbçilərin hazırlanması məsələlərində yalnız bilik mübadiləsini müzakirə edir, silah təchizatı mövzusuna toxunulmur.
Tural Tağıyev
AzVision.az
Teqlər: Kipr