"Bakı ilə İrəvan arasında sazişin imzalanmasını istəyirik" - Çavuşoğlu
!["Bakı ilə İrəvan arasında sazişin imzalanmasını istəyirik" - Çavuşoğlu "Bakı ilə İrəvan arasında sazişin imzalanmasını istəyirik" - Çavuşoğlu](https://azvision.az/photos/2023/04/1680862167.jpg)
"Bu, təkcə Ukrayna və Rusiyanın taxıl və gübrə ixracı üçün vacib deyil. Dünya ərzaq böhranı dünyada hər bir ailənin yaşadığı problemin azaldılması baxımından əhəmiyyətlidir".
Çavuşoğlu Azərbaycan və Ermənistan arasında hərtərəfli sazişin tezliklə imzalanmasını da dilə gətirdiyini qeyd edib. O bildirib ki, Rusiya ilə məsləhətləşmələr davam etdiriləcək.
"Biz enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik. Digər tərəfdən, turizm əməkdaşlığımızın mühüm mövzusudur. Rusiyadan daha çox turistin gələcəyini gözləyirik. Bizim məşğul gündəmimiz var. Ona görə də daimi əlaqə saxlayırıq", Çavuşoğlu əlavə edib.
AzVision.az
Teqlər: