Peskov: "Dünya çətin ki, nüvədən imtina edə"

   Peskov:    "Dünya çətin ki, nüvədən imtina edə"
  07 Aprel 2023    Oxunub:954
"Dünyanın nüvə silahından tam imtinası ilə bağlı ümumi konsensus qəbul etmək potensialına malik olduğuna şübhə edirəm". AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Bu, vahid konsensus tələb edəcək. Eyni zamanda, çətin ki, belə birşey gözləyək. Dünyanın bu cür ümumi razılaşmalara nail olması üçün bu qədər əhatəli potensiala malik olması mümkün deyil", - Kreml sözçüsü Belarus prezidentinin sözlərini şərh edərkən bildirib.

Qeyd edək ki, Aleksandr Lukaşenko dünyanın bütün nüvə silahlarını "bir yerə yığıb məhv etməsi" zərurəti haqqında danışmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Peskov  





Xəbər lenti