Trampa həbsxanada necə sağ qalmaqla bağlı tövsiyələr verilib

Trampa həbsxanada necə sağ qalmaqla bağlı tövsiyələr verilib
  07 Aprel 2023    Oxunub:1004
Qalmaqallı rusiyalı biznesmen Viktor But ABŞ-ın keçmiş prezidenti Donald Trampa teleqram göndərərək ona Amerika həbsxanasında necə sağ qalmaqla bağlı tövsiyələr verib.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

But yazıb ki, Trampın həyatı təhlükədədir. Çünki o, Amerika xalqını qlobalistlərin soyqırımından xilas etməyə çalışırdı. Viktor fikirlərinə bunu da əlavə edib ki, o, nə danışdığını gözəl bilir. Ona görə ki, özü də ABŞ həbsxanasında olub.

Xatırladaq ki, But ABŞ-da 25 il həbs cəzası çəkib. O, Amerika vətəndaşlarını öldürmək - sui-qəsdlər hazırlamaqda və terroru dəstəkləməkdə ittiham olunub. Viktor təxminən 15 il həbsdən sonra amerikalı basketbolçu Britni Qriner ilə dəyişdirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Tramp   Həbsxana  





Xəbər lenti