Aprel ayının pensiyaları ödənilib

   Aprel ayının pensiyaları ödənilib
  07 Aprel 2023    Oxunub:1832
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti