Ermənilərin yumurta dərdi

 Ermənilərin  yumurta dərdi
  07 Aprel 2023    Oxunub:1350
Ermənistanda yumurtanın qiyməti xeyli artıb. AzVision.az xəbər verir ki, bu barədə jurnalist Oskan Sarkisyan Facebook səhifəsində məlumat yayıb.
O, statusuna şəkil əlavə edərək yazıb ki, Pasxa bayramından əvvəl yumurtanın qiyməti durmadan artır.

Bildirilir ki, İrəvan supermarketlərində ən ucuz yumurta 61 dramdır. Həmin məhsullar bir neçə gün əvvəl isə 46 dramdan satılırmış. Qiymətin qısa zamanda 15 dram bahalaşması sosial cəhətdən imkansız ailələr üçün problem yaradır. Çünki bu bayramda ən çox satılan məhsullardan biri də məhz yumurtadır. Jurnalist gileylənib ki, işbazlar demək olar bütün ailələrin Pasxa üçün yumurta alıb qaynadacağını bildiyi üçün bayram ərəfəsində məhsulun qiymətini artırırlar.

"Xristianların böyük bayramı ərəfəsində yumurtanın qiymətini qaldırmaq qeyri-xristian hərəkətidir”- Sarkisyan xalqına səslənib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yumurta   Ermənistan  





Xəbər lenti