Lavrov: "Rusiya Türkiyədə keçirilən seçkilərə müdaxilə etmir"

   Lavrov:    "Rusiya Türkiyədə keçirilən seçkilərə müdaxilə etmir"
  07 Aprel 2023    Oxunub:996
"Rusiya Türkiyədə keçirilən prezident və parlament seçkilərinə müdaxilə etmir". AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı ilə birgə mətbuat konfransında deyib.
Brifinqdə jurnalistlər nazirdən seçkilərlə bağlı sual verərək Rusiyanın Türkiyədə hansı siyasi qüvvəyə dəstək verdiyini soruşublar.

"Rusiya Federasiyası heç vaxt daxili işlərə, hətta seçki kampaniyaları ərəfəsində ölkədə gedən müzakirələrə qarışmır. Biz həmişə demokratik prosedurları həyata keçirən ölkələrin qanunvericiliyinə hörmətlə yanaşırıq... Bu, hər bir ölkənin suveren məsələsidir. O cümlədən Türkiyə Respublikası kimi inkişaf etmiş demokratik ölkənin”, - Lavrov bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə   Seçki   Lavrov  





Xəbər lenti