Braziliya prezidenti Kiyevi Krım iddialarından əl çəkməyə çağırıb

Braziliya prezidenti Kiyevi Krım iddialarından əl çəkməyə çağırıb
  07 Aprel 2023    Oxunub:1072
Braziliya prezidenti Luiz İnasiu Lula da Silva Krımın statusunun tanınması təklifi ilə Kiyevə müraciət edib.
AzVision.az xəbər verir ki, o bu barədə Fransanın “Fiqaro” nəşrinə müsahibəsində bildirib.

“Bəlkə Krım da müzakirə olunacaq”,- o, Donbassda gələcək inkişafın və mümkün sülh danışıqlarının variantlarını təklif edərkən deyib.
Silvanın fikrincə, Kiyevin bu halda kompromislərə getməsinə dəyər.

"Zelenski də hər şeyi istəyə bilməz. Dünyanın sülhə ehtiyacı var", - Braziliya prezidenti fikrini yekunlaşdırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım   Braziliya  





Xəbər lenti