Onun vəzifəsi isə müavini Elçin Hüseynzadəyə həvalə edilib.
Qeyd edək ki, polkovnik Nüsrət Qurbanov sabiq DGK sədri Səfər Mehdiyevlə yaxınlığı ilə tanınıb. 2001-ci ilədək Daxili Təhlükəsizlik İdarəsində inspektor, 2011-ci ilədək həmin idarədə şöbə rəisi, 2017-ci ilədək idarə rəisi vəzifələrində, 2018-ci ilin may ayınadək Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
21 may 2018-ci ildə Komitənin İşlər İdarəsinin rəisi vəzifəsinə keçirilib.
Xəbəri dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti ilə əlaqə saxlanılıb. “Bizdə belə bir məlumat yoxdur”, - deyə qurumdan bildirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


