Biləsuvarda sərxoş vəziyyətdə İran vətəndaşları saxlanılıb

   Biləsuvarda sərxoş vəziyyətdə İran vətəndaşları saxlanılıb
  07 Aprel 2023    Oxunub:1588
Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinin önündə sərxoş vəziyyətdə İran vətəndaşı olan sürücülər saxlanılıb.
"Report"un gömrük-sərhəd buraxılış məntəqəsi önündə olan əməkdaşının verdiyi məlumata görə, həmin sürücülər ərazidə Dövlət Yol Polisi əməkdaşları tərəfindən aşkar olunub.

Məlumata görə, onlar sərxoş vəziyyətdə öz ölkələrinə keçmək istəyirmişlər.

İlkin məlumata görə, onlar pivə qəbul ediblər.

Hər iki sürücünün avtomobili duracağa qoyulub, özləri isə alkoqoloji testə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.





AzVision.az



Teqlər:



Xəbər lenti