Səfiri öldürən altı konqoluya ömürlük həbs cəzası verilib

Səfiri öldürən altı konqoluya ömürlük həbs cəzası verilib
  08 Aprel 2023    Oxunub:1184
Konqoda İtaliya səfirini, onun cangüdənini və sürücüsünü qətlə yetirən 6 nəfər ömürlük həbs cəzasına məhkum edilib.
Bu barədə AzVision.az “Əl-Ərabiyə”yə istinadən xəbər verir.

İtaliya səfiri Luka Attanasio, mühafizəçi Vittorio Yacavacci və onların sürücüsü Mustafa Milambo 22 fevral 2021-ci ildə Konqoda öldürülüb.

Altı silahlı şəxs yolda iki avtomobilin qarşısını kəsib, Milambonu öldürüb və altı sərnişini qaçırıb. Sonradan Konqonun ordusu cinayətkarı təqib ediblər. Tərəflər arasında atışma başlayıb və bu zaman qaçıranlar iki italyanı güllələyiblər.

Qeyd olunub ki, ömürlük məhbuslardan beşi artıq həbsdədir, biri isə qiyabi mühakimə olunub.

AzVision.az



Teqlər: Səfir  





Xəbər lenti