Lekişvili: "Müharibənin gedişatı göstərdi ki, İlham Əliyev necə böyük zəkaya malikdir"
![Lekişvili: "Müharibənin gedişatı göstərdi ki, İlham Əliyev necə böyük zəkaya malikdir" Lekişvili: "Müharibənin gedişatı göstərdi ki, İlham Əliyev necə böyük zəkaya malikdir"](https://azvision.az/photos/2023/04/k-1680939404.jpg)
Niko Lekişvili bildirib ki, ilk dəfə Heydər Əliyevlə 1993-cü ildə Tbilisinin meri olarkən görüşüb. Həmin dövrdə ağır vəziyyətdə olan Gürcüstana yanacaqla kömək edə biləcək yeganə ölkə Azərbaycan və yeganə şəxsiyyət Heydər Əliyev olub: “O, məni elə mehribanlıqla və gülərüzlə qarşıladı ki, sanki məni çoxdan tanıyırdı. Təkbətək söhbət apardıq. Hansı məqsədlə Bakıya gəldiyimi soruşdu. Mən ona Gürcüstandakı ağır vəziyyəti izah etdim. Dedim ki, Azərbaycandakı vəziyyətin də asan olmadığını bilirəm, amma kömək olmasa, Gürcüstanda çörək inqilabı olacaq. Azərbaycanın çətin durumda olmasına baxmayaraq, Heydər Əliyev Gürcüstana yardımdan imtina etmədi. Azərbaycandan çatdırılan yanacaq bizə uzun müddət kifayət etdi. Əhali çörək çatışmazlığı yaşamadı. Əgər Heydər Əliyev bizə kömək etməsəydi, Gürcüstanda vəziyyətin necə olacağını heç təsəvvür belə edə bilmirəm”.
Gürcü siyasətçisi Heydər Əliyevi müdrik dövlət xadimi, qabiliyyətli və cəsarətli şəxsiyyət kimi səciyyələndirib: “Ağır vəziyyətdə olan Azərbaycanı qarşıdurmadan xilas etdi və dövlət yaratdı”.
Heydər Əliyevlə hər mövzuda danışmağın mümkün olduğunu nəzərə çatdıran gürcü siyasətçisi onun Astanadakı görüş zamanı Eduard Şevardnadzenin siyasi karyerasını xilas etmək cəhdindən danışıb. Şevardnadzeni tək qoymamaq tövsiyəsini verən Heydər Əliyev vacib bir qovluğu Gürcüstanın dövlət başçısına çatdırmağı tapşırıb: “Heydər Əliyev qovluğu mənə verməklə və içindəki materiallardan danışmaqla mənə böyük inam və etibar göstərmiş oldu. Heydər Əliyev elə keyfiyyətlərə sahib idi ki, bunları heç bir siyasi məktəbdə öyrənmək mümkün deyildi”.
N.Lekişvili qeyd edib ki, dövlət vəzifəsindən uzaqlaşandan sonra Gürcüstanda səfərdə olan Heydər Əliyevlə bir daha görüşmək ona nəsib olub: “Məni görən kimi dərhal yaxınlaşdı, hal-əhval tutdu və siyasətdən getdiyimi bildiyini dedi. Hesab edirəm ki, Heydər Əliyev Azərbaycanın bütün tarixində ən görkəmli azərbaycanlı olub. Onun yolunu və başladığı işi bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. İkinci Qarabağ müharibəsinin gedişatı göstərdi ki, Prezident İlham Əliyev necə böyük zəkaya malikdir. O, yüksək hazırlıqlı dövlət başçısı və strateq olduğunu göstərdi”.
AzVision.az
Teqlər: Gürcüstan Heydər-Əliyev