Əlahiddə Ümumqoşun Orduda avtomobillərə baxış keçirilib

Əlahiddə Ümumqoşun Orduda avtomobillərə baxış keçirilib
  08 Aprel 2023    Oxunub:1058
Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində avtomobillərə baxış keçirilib.
Baxış-müsabiqəsində hərbi avtomobil texnikalarının saz vəziyyətdə saxlanmasına, təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilib.

Müsabiqədə müxtəlif markalı minik avtomobilləri, mikroavtobus və avtobuslara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr mükafatlandırılıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti