“Aztelekom” vətəndaşlara xəbərdarlıq edib

“Aztelekom” vətəndaşlara xəbərdarlıq edib
  08 Aprel 2023    Oxunub:1067
“Aztelekom” MMC vətəndaşlara xəbərdarlıq edib.
MMC-dən AzVision.az -a bildirilib ki, “Aztelekom” tərəfindən həyata keçirilən yeni telefon və internet çəkilişi üçün ödənişlər yalnız qoşulma şərtlərinə uyğun və rəsmi hesablar üzərindən həyata keçirilir.

Ona görə də, ev, mənzil, mağaza və qeyri-yaşayış sahələrinə yeni telefon və internet çəkilişi üçün tələb olunan qeyri-qanuni ödənişlər etmək lazım deyil. Bu cür hallar baş verərsə, “170 Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq vacibdir.

AzVision.az



Teqlər:



Xəbər lenti