Almaniya gömrük nəzarətini gücləndirmək istəyir

Almaniya gömrük nəzarətini gücləndirmək istəyir
  08 Aprel 2023    Oxunub:1250
Almaniyanın iqtisadiyyat naziri Robert Habek anti-Rusiya sanksiyalarından yayınma səbəbindən gömrük nəzarətini gücləndirmək istədiyini bildirib.
Bu barədə o, “Berliner Morgenpost” nəşrinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, məsələni daha sərt və qətiyyətlə həll etmək lazımdır. O, nümunə kimi Danimarkanı göstərib.

“Danimarka gömrükçüləri ticarət axınlarını və gömrük məlumatlarını çox diqqətlə təhlil edir. Əvvəllər Rusiyaya göndərilmiş çoxlu sayda müəyyən mallar indi qəfildən demək olar ki, eyni miqdarda başqa üçüncü ölkəyə göndərilir - bu, yoxlama üçün səbəbdir”.


AzVision.az


Teqlər:





Xəbər lenti