Litvada bahalaşma: Sakinlər Pasxa bazarlığı üçün Polşaya gedirlər

      Litvada bahalaşma:    Sakinlər Pasxa bazarlığı üçün Polşaya gedirlər
  08 Aprel 2023    Oxunub:1098
Litvada kəskin qiymət artımı səbəbindən ölkə sakinləri Pasxa süfrəsinə ərzaq almaq üçün Polşaya getməyə məcbur olurlar.
Bu barədə Delphi məlumat yayıb. Litvada bəzi məhsullar istisna olmaqla, əksər malların qiyməti təxminən 30% bahalaşıb. Məsələn, 2022-ci ildə onlarla yumurtanın qiyməti 0,79-0,89 avro idi, indi isə ən ucuzları ən azı 1,35 avroya başa gəlir.

Şəkər il ərzində kq-ı 0,55 avrodan 0,99 avroya qədər bahalaşıb. Hazırda Litva sakinlərinin bir hissəsi Polşaya alış-veriş etməyə məcburdur, çünki orada ərzaq qiymətləri hələ də Litvada olduğundan daha ucuzdur.


AzVision.az


Teqlər:





Xəbər lenti