Hindistan prezidenti qırıcıda uçdu
![Hindistan prezidenti qırıcıda uçdu Hindistan prezidenti qırıcıda uçdu](https://azvision.az/photos/2023/04/16809507244997938165_367x266-1680951480.jpg)
Məlumata görə, Su-30MKİ qırıcısı Hindistan Hərbi Hava Qüvvələrinin Assam ştatındakı Tezpur bazasından havaya qalxıb. Kapitan Navin Kumarın idarə etdiyi təyyarə dəniz səviyyəsindən iki kilometr hündürlükdə saatda 800 kilometr sürətlə uçub. Draupadi Murmu Hindistanın bu tip qırıcı təyyarədə uçan ikinci qadın prezidentidir. Bundan öncə 2009-cu ildə prezident Pratibha Patil də analoji uçuşu ilə yadda qalmışdı.
Qeyd edək ki, Hindustan Aeronautics Limited korporasiyası Rusiyanın lisenziyası əsasında çoxməqsədli Su-30MKİ qırıcılarının istehsalı ilə məşğul olur. Hazırda ölkənin silahlı qüvvələri bu tip 270 təyyarəyə sahibdir.
AzVision.az
Teqlər: