Türkmənistan prezidentinin nənəsi vəfat edib

Türkmənistan prezidentinin nənəsi vəfat edib
  08 Aprel 2023    Oxunub:1360
Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov nənəsinin ölümü ilə əlaqədar aprelin 10-11-də Tacikistana planlaşdırılan səfərini təxirə salıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Tacikistan və Türkmənistan İşgüzar Şurasının ilk iclası və iki ölkə sahibkarlarının biznes forumu ləğv edilib.

Ötən gün Tacikistan lideri Emoməli Rəhmon Türkmənistan Xalq Şurasının sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anası Oqulabat Berdiməhəmmədovanın vəfatı ilə bağlı başsağlığı verib.

Oqulabat Berdiməhəmmədovanın 86 yaşında vəfat etdiyi bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti