"Botanika İnstitutunun fəaliyyəti ilə bağlı məhdudiyyət yoxdur" - Nazirlik

   "Botanika İnstitutunun fəaliyyəti ilə bağlı məhdudiyyət yoxdur" -    Nazirlik
  08 Aprel 2023    Oxunub:1369
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Facebook-da paylaşımında bildirib.

“Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir. Məsələ ilə bağlı əlavə məlumat veriləcək”, - o bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti