Reuters: "Blinken Vyetnama səfər etməyi planlaşdırır"

      Reuters:    "Blinken Vyetnama səfər etməyi planlaşdırır"
  08 Aprel 2023    Oxunub:1254
ABŞ-ın dövlət katibi Entoni Blinken gələn həftə Vyetnama səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Dövlət katibi gələn həftə burada olacaq", Oreqon ştatından senator Ceff Merkli ABŞ Konqresinin nümayəndə heyətinin Vyetnama səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

Agentlik bildirir ki, Blinkenin aprelin 16-18-də Yaponiyada keçiriləcək G7 xarici işlər nazirlərinin görüşündən əvvəl, aprelin 15-də Hanoya gələcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti