İran səfirliyi qarşısında AzTV əməkdaşlarına hücum edilib

 İran səfirliyi qarşısında AzTV əməkdaşlarına hücum edilib
  08 Aprel 2023    Oxunub:1794
AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıblar.
AzVision.az xəbər verir ki, QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən verilən məlumata görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib.

Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb.

Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən "persona non-qrata" elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.


AzVision.az



Teqlər: İran-Səfirliyi   AzTV  



Xəbər lenti