Yağışla əlaqədar bəzi çayların suyu artıb
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, avtomat hidroloji stansiyalardan əldə olunan məlumata əsasən, bu gün Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərə məntəqəsində suyun səviyyəsində 11 sm, Qudyalçay-Qımıl, Vəlvələçay-Afurca və Qaraçay-Rük məntəqələrində 1 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay-Əsrikcırdaxan məntəqəsində 2 sm, Kür çayının Qıraqkəsəmən və Qabırrı çayının Kəsəmən məntəqələrində isə 1 sm artım müşahidə olunub.
A.Verdiyev qeyd edib ki, aprelin 8-i axşam saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, 9-u gün ərzində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


