Nazir MMA döyüşçülərini qəbul edib

 Nazir MMA döyüşçülərini qəbul edib
  08 Aprel 2023    Oxunub:1251
Gənclər və idman naziri Fərid Qayıbov MMA döyüşçüləri Mehman Məmmədov, Vüqar Kərəmov və məşqçi Ruslan Əfəndiyevi qəbul edib.
AzVision.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, o, idmançıların beynəlxalq yarışlarda iştirakı və onların qarşıdakı turnirlərə hazırlıq prosesi ilə maraqlanıb.

Görüşdə döyüşçülərin təlim-məşqləri, yarışlarda iştirakı və eləcə də uğurlu xarici təcrübənin öyrənilməsi məsələləri ətrafında fikir mübadiəsi aparılıb.

Beynəlxalq turnirlərə hazırlıq barədə məlumat verən Əfəndiyev bildirib ki, hazırda əsas diqqət iyulun 29-da Yaponiyanın paytaxtı Tokioda keçiriləcək yarışa yönəlib.

AzVision.az



Teqlər: Qayıbov   MMA  



Xəbər lenti