Macarıstan Ukraynadan gələn taxıla nəzarət gücləndirməyə qərar verib

Macarıstan Ukraynadan gələn taxıla nəzarət gücləndirməyə qərar verib
  08 Aprel 2023    Oxunub:1065
Macarıstan taxılın həqiqətən təyinat ölkələrinə çatmasına və Mərkəzi Avropa bazarlarında qalmamasına əmin olmaq üçün öz ərazisindən tranzit keçən Ukrayna taxılına nəzarəti gücləndirmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə şənbə günü Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad Ukrayna taxılına gömrük rüsumlarının və kəmiyyət məhdudiyyətlərinin Avropa İttifaqında bərpasını təklif edərək bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri qeyd edib ki, bu tədbirlər Ukraynanın kənd təsərrüfatı məhsullarının yerli bazarlara dempinq qiymətləri ilə tədarükü nəticəsində zərər çəkən avropalı fermerlərin maraqlarını qorumaq üçün zəruridir.

AzVision.az



Teqlər: Macarıstan   Ukrayna   Taxıl  





Xəbər lenti