Zelenski Almaniyaya gedəcək

   Zelenski Almaniyaya gedəcək
  09 Aprel 2023    Oxunub:1205
Ukrayna prezidenti Vladimir Zelenski müharibə başladıqdan sonra ilk dəfə may ayında şəxsən Almaniyaya səfər edə bilər. Bu barədə Almaniyanın “Bild am Sonntag” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Zelenski may ayında "Böyük Karl" mükafatı mərasiminə gələ bilər.

Bu mərasim hər il Almaniyanın Axen şəhərində keçirilir. Mükafat Avropanın birləşməsinə töhfə vermiş şəxslərə və təşkilatlara verilir.

Bild am Sonntag həmçinin yazır ki, mərasimdə Almaniya kansleri Olaf Şolts da iştirak edə bilər.

Onun tədbirdə çıxış edəcəyi gözlənilir. Eyni zamanda, Zelenskinin mərasimdə yalnız videobağlantı vasitəsilə iştirak etməsi mümkündür. Almaniyada siyasətçilərin birbaşa görüşünün planlaşdırılıb-planlaşdırılmadığı da hələlik məlum deyil.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti