Marseldə bina çökdü: Dağıntılar altında qalanlar var

      Marseldə bina çökdü:    Dağıntılar altında qalanlar var
  09 Aprel 2023    Oxunub:1074
Marseldə uçan evin dağıntıları altında 10-a yaxın adam qala bilər. AzVision.az xəbər verir ki, bu barədə fövqəladə hadisə yerinə gələn Fransanın daxili işlər naziri Cerald Darmanin deyib. Eyni zamanda o, binanın uçmasının səbəbinin hələlik məlum olmadığını, hüquq-mühafizə orqanlarının əməkdaşlarının araşdırmalara başladığını bildirib.
Nazirin vurğuladığı kimi, hazırda insident nəticəsində ölən yoxdur. Xatırladaq ki, bazar günü gecə Marseldə 4 mərtəbəli bina uçaraq yanıb. Ən azı beş nəfər yaralanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti