Ərdoğan açıqladı: Türkiyənin ilk müşahidə peyki orbitə buraxılır

      Ərdoğan açıqladı:    Türkiyənin ilk müşahidə peyki orbitə buraxılır
  09 Aprel 2023    Oxunub:1133
Türkiyənin ilk müşahidə peyki aprelin 11-də orbitə buraxılacaq. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz Twitter hesabında bildirib.
"İlk yerli və milli istehsalı olan yüksək ayırdetməli müşahidə peykimiz olan IMECE aprelin 11-də kosmosa çıxarılacaq. Türkiyə qlobal kosmos yarışında təlim keçmiş kadrları, öz inkişafı imkanları və texnologiyaları ilə iştirak etməyə davam edəcək", - Ərdoğan bildirib.

Daha əvvəl Ərdoğan deyib ki, peyk orbitə buraxıldıqdan sonra kosmosdakı türk peyklərinin sayı 10 ədədə qədər artacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti