Əhalinin nəzərinə: Bakıda bu yol bağlı olacaq

      Əhalinin nəzərinə:    Bakıda bu yol bağlı olacaq
  09 Aprel 2023    Oxunub:1125
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.
BŞH-dən AzVision.az -a verilən məlumata görə, bu gecə saat 22:00-dan etibarən Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

AzVision.az


Teqlər:



Xəbər lenti