Tbilisinin mərkəzində etiraz mitinqi keçirilir
![Tbilisinin mərkəzində etiraz mitinqi keçirilir Tbilisinin mərkəzində etiraz mitinqi keçirilir](https://azvision.az/photos/2023/04/415732409_43_0_1000_541_1400x0_80_0_0_cefa4a514d8073301cff32a154e32876-1681061561.jpg)
Aksiya başlamazdan əvvəl Milli Hərəkatın gənclər qanadının nümayəndələri metronun Rustaveli stansiyasının yaxınlığında toplaşaraq parlament binasına doğru yürüş ediblər.
Aksiyanın təşkilatçıları hökumətdən Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsini, Mtavari telekanalının baş direktoru Nika Qvaramiyanın və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin , eləcə də 7-9 mart aksiyalarının iştirakçısı Lazar Qriqoriadisin azadlığa buraxılmasını tələb edirlər.
“Nə qədər ki, ölkəmizin Avropa gələcəyi təhlükədədir və ölkəmizin Avropa gələcəyi bu gün həqiqətən təhlükədədir, o vaxta qədər aksiyalar olacaq. Hər şeyi edəcəyik ki, bu ölkənin Avropa gələcəyi təmin edilsin”, -deputat, Vahid Milli Hərəkatın üzvü Ani Tsitlidze bildirib.
Aksiyanın əvvəlində səhnədən Gürcüstan, Ukrayna və Avropa İttifaqının himnləri səsləndirilib. Aksiya iştirakçıları toplaşmağa davam edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: