ABŞ esminesi mübahisəli Nanşa adalarına yaxınlaşıb

ABŞ esminesi mübahisəli Nanşa adalarına yaxınlaşıb
  10 Aprel 2023    Oxunub:860
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Milius" esminesi Cənubi Çin dənizindəki mübahisəli Nanşa (Spratli) adalarının yaxınlığından keçib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasının mətbuat xidməti məlumat yayıb.

Amerika gəmisi Tayvanda Çin gəmisinə yaxınlaşıb
Xatırladaq ki, Milius martın sonunda Cənubi Çin dənizindəki Sişa adaları (Parasel adaları) ətrafındakı sulara da daxil olmuşdu. Çin hökuməti buna etiraz etmişdi. Pekinin bəyanatında deyilirdi ki, “heç bir təsdiq və ya məsləhətləşmələr olmadan raket esminesi Çinin ərazi sularına soxulub və sülhü pozub”.

Qeyd edək ki, son günlər Vaşinqtonla Pekin arasında Tayvan məsələsinə görə yenidən gərginlik yaranıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   ABŞ  





Xəbər lenti