Ukrayna müharibəsi bir neçə həftəyə bitəcək - Sızdırılan Pentaqon sənədləri
ABŞ rəsmiləri sızıntının mənbəyini axtararkən beynəlxalq mətbuat “gizli” və “tam məxfi” möhürlü sənədlərdə Rusiya-Ukrayna müharibəsinin təfərrüatlarını yazıb.
Pentaqonun sızdırılmış sənədləri Ukraynanın hava hücumundan müdafiə sisteminin tükənəcəyini və Putinin döyüş təyyarələrinin hava üstünlüyünü tam şəkildə əldə edəcəyini proqnozlaşdırır. The New York Times (NYT) yazıb ki, Ukraynanın cəbhə xəttindəki qoşunlarını qoruyan hava hücumundan müdafiə mayın 23-dək təsirsiz hala düşə bilər.
23 fevral tarixli və “Məxfi” olaraq qeyd olunan sənədlərdən birində Ukraynanın S-300 hava hücumundan müdafiə sistemlərinin Rusiya qüvvələrinin təkrar hücumlarından sonra mayın 2-nə qədər tab gətirə biləcəyi barədə məlumatlar yer alır. Başqa sözlə, Pentaqonun yeni sızdırılmış sənədlərinə görə, Ukraynanın hava hücumundan müdafiə sistemi həftələr ərzində tükənərək ölkəni Putinin döyüş təyyarələri qarşısında aciz vəziyyətə sala bilər.
“Hürriyet”də yer alan xəbərdə hərbi ekspertlər ABŞ-ın 2 milyard dollarlıq yardımının Ukraynaya kifayət etməyəcəyi ilə bağlı xəbərdarlıq edib. NYT-yə danışan ABŞ rəsmisi yardımın Ukraynanın hücumundan əvvəl mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çünki sızan sənədlərə görə, Ukraynanın ehtiyatları sürətlə tükənir və bu, Rusiya təyyarələrinə hücum üçün pəncərə açır.
ABŞ Pentaqonun sızdırdığı sənədlərlə bağlı araşdırmaya başlayıb. ABŞ rəsmiləri istintaqın ilkin mərhələdə olduğunu və sızmanın arxasında kimin ola biləcəyinin hələ də bəlli olmadığını bildirib. Pentaqon verdiyi açıqlaması isə "həssas və yüksək məxfi material ehtiva edən" fotoşəkilləri çəkilmiş sənədlərin etibarlılığını nəzərdən keçirdiyini qeyd edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: