Tokayev: "Səfər Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldıracaq"

      Tokayev:    "Səfər Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldıracaq"
  10 Aprel 2023    Oxunub:1289
Azərbaycan Prezidentinin hazırkı səfəri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.
AzVision.az Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

“Bu gün biz kiçik və geniş tərkibdə substantiv danışıqlar apardıq. Ticarət-iqtisadiyyat, nəqliyyat-tranzit, enerji sahələrində əlaqələrin inkişafı məsələsini müzakirə etdik.

Həmçinin, mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi ilə bağlı bir sıra razılaşmalar əldə etdik.

İnanıram ki, bu səfərin nəticələri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq”, - Tokayev qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti