İkinci hissədə isə iştirakçılara “Maliyyə savadlılığı beynəlxalq qiymətləndirmə domeni kimi”, “Maliyyə planlaşdırılması və idarə edilməsi” mövzuları ətrafında məlumat verilib, müxtəıif praktiki tapşırıqlar yerinə yetirilib. Təlim müddətinin sonunda gənclər sertifikatla təltif ediliblər.
Layihənin növbəti mərhələsində gənclərin sahibkarlarla görüşləri təşkil olunub. Seminarda sahibkarlar gənclərlə görüşərək öz təklif və ideyalarını bölüşüblər.
Layihənin yekununda gənclər üçün “Nə? Harada? Nə zaman?” intellektual yarışı təşkil edilib. 6 komandanın iştirakı ilə keçirilən yarışın qalibləri diplomla təltif olunub.
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir və Fondun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


