Azərbaycan HHQ komandanı ABŞ-a səfər edib

   Azərbaycan HHQ komandanı ABŞ-a səfər edib
  10 Aprel 2023    Oxunub:981
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Çarlz Braun ilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

AzVision.az


Teqlər:



Xəbər lenti