Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək
  10 Aprel 2023    Oxunub:969
Yaponiya hökumətinin Baş katibi Hirokadzu Matsuno bildirib ki, ölkə Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və Ukraynaya yardım göstərəcək.
Onun sözlərinə görə, Yaponiya G7-yə sədrlik edən ölkə və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünya ictimaiyyəti ilə birlikdə Rusiyaya qarşı sərt tədbirlər görməyə və Ukraynaya yardımı gücləndirməyə davam edəcək.

Bundan əvvəl Ukraynanın İnfrastruktur Nazirliyi Kiyevin mühüm infrastrukturun təcili bərpası üçün Yaponiyadan 400 milyon dollar alacağını açıqlamışdı. Eyni zamanda, Yaponiya hakimiyyəti BMT-nin İnkişaf Proqramı mexanizmi vasitəsilə Ukraynanın yenidən qurulmasına 70 milyon dollar qrant dəstəyi verəcək.

Martın 30-da Yaponiya Xarici İşlər Nazirliyi Kiyevə 470 milyon ABŞ dolları dəyərində yeni humanitar yardım paketinin ayrılması barədə qərar qəbul edib.Qeyd edilib ki, vəsait minalardan təmizləmə və dağıntılardan təmizləmə üçün zəruri olan avadanlıqların alınması, həmçinin infrastrukturun bərpası üçün nəzərdə tutulub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti