Tayvan hərbçiləri adaya yaxınlaşan 91 Çin təyyarəsini qeydə alıb
![Tayvan hərbçiləri adaya yaxınlaşan 91 Çin təyyarəsini qeydə alıb Tayvan hərbçiləri adaya yaxınlaşan 91 Çin təyyarəsini qeydə alıb](https://azvision.az/photos/2023/04/j17-pic_32ratio_1200x800-1200x800-76742-1681187954.jpg)
İddiaya görə, 54 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasının cənub-qərb və cənub-şərq sektorlarına düşüb. Onların arasında Çin qırıcıları, bombardmançı təyyarələr, radar kəşfiyyat təyyarələri və pilotsuz uçan aparat da olub.
"Hazırda Çin Xalq Azadlıq Ordusunun 8 gəmisi hələ də Tayvan ətrafındakı sulardadır. Biz onların hərəkətlərini yaxından izləməyə davam edəcəyik", - bəyanatda deyilir.
AzVision.az
Teqlər: