"Azərbaycan-Ermənistan liderləri Vaşinqtonda görüşə bilər" - KİV

  "Azərbaycan-Ermənistan liderləri Vaşinqtonda görüşə bilər" -    KİV
  11 Aprel 2023    Oxunub:1187
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın ikinci yarısında baş tutmalı olan növbəti görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə “Past” nəşri öz mənbələrinə istinadən yazır. Qəzetin Xarici İşlər Nazirliyindəki adını açıqlamayan mənbəsi bildirir ki, Vaşinqton platformasında danışıqların gələcəyi ilə bağlı tərəflərin yanaşmaları üst-üstə düşür.Qeyd olunur ki, görüşün təşəbbüskarı ABŞ-ın dövlət katibi Entoni Blinkendir.

Nəşrin məlumatına görə, eyni zamanda Avropa dairələri də görüşün keçirilməsində fəaldır. Avropa Şurasının rəhbəri Şarl Mişel bu yaxınlarda Paşinyan və Əliyevlə iki ölkə arasındakı münasibətlər və danışıqlar prosesinin vəziyyəti ilə bağlı bir neçə telefon danışığı aparıb.

Qəzetin diplomatik mənbəsinin bildirdiyinə görə, avropalılar qarşıdan gələn Ermənistan-Azərbaycan sammitinin onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əllərindən gələni edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti