Tarasov: "İran Ermənistanın təhlükəsizliyinin təminatçısına çevrilib" |
"Aydın məsələdir ki, biz hansısa yolla müşahidəçilərlə əlaqə saxlamalı olacağıq. Amma problem müşahidəçilərin özlərində deyil. Rusiya bu 100 nəfərdən qorxmur. Rusiya tutulan kursdan təşvişə düşüb. Həm Avropa İttifaqı, həm də ABŞ Rusiyanı müəyyən bir oyunçu kimi görmür. Vaşinqton və Brüsselin bölgədə etdiyi hər şey Rusiyanı regiondan sıxışdırmaq cəhdləri ilə nəticələnir. Məhz bu neqativ doğurur”.
Rus ekspert Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistana göndərilməsi ilə bağlı daha nikbin düşündüyünü deyib. Baxmayaraq ki, bunun həm obyektiv, həm də subyektiv çətinlikləri var. Təşkilat isə Ermənistanın təhlükəsizliyini təmin etmək, eləcə də hərbi-texniki yardım göstərmək üçün İrəvana missiya göndərməyə hazır olduğunu bəyan edib. Ermənistan rəhbərliyi isə KTMT-nin tərəfdaş ölkələrinin sentyabr döyüşlərinə siyasi qiymət verməsini israr edərək missiya ilə bağlı qərarını gecikdirir: "Hesab edirəm ki, bütövlükdə KTMT-nin mövqeyi ilə Rusiyanın mövqeyini ayırmaq lazımdır... Aİ müşahidəçilərinin proseslərdə iştirakı ilə bağlı bəzi çətinliklər də var".
Qeyd edək ki, bir müddət öncə Rusiya rəsmiləri, o cümlədən xarici işlər naziri Sergey Lavrov dəfələrlə bəyan etmişdi ki, Aİ-nin uzunmüddətli monitorinq missiyasının Ermənistana göndərilməsi regiona geosiyasi qarşıdurma gətirmək və mövcud ziddiyyətləri daha da gücləndirmək cəhdidir.
Tural Tağıyev
AzVision.az