Bu maşınların hərəkətinə görə 50 manat rüsum ödəməlisiniz

   Bu maşınların hərəkətinə görə 50 manat rüsum ödəməlisiniz
  11 Aprel 2023    Oxunub:1547
Yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu təsdiqlənib.
AzVision.az bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib. Bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti