"Maaşlarımızın bir hissəsini YAŞAT Fonduna köçürək " - Qənirə Paşayeva

   "Maaşlarımızın bir hissəsini YAŞAT Fonduna köçürək " -    Qənirə Paşayeva
  11 Aprel 2023    Oxunub:956
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlament üzvlərinin bu ay üçün əmək haqlarının bir hissəsini yenidən YAŞAT Fonduna köçürmələrini təklif edib.
AzVision.az xəbər verir ki, deputat bu təklifi şəhid ailələrinin müəyyən problemlərinin həll olunmasına dəstək olacağı ilə əsaslandırıb.

"Bu dəstəyi gözləyən şəhid ailələri, qazilərimiz var. Çətinlikləri olan ailələr YAŞAT Fondunda müraciət etdikdə dəstək ala bilsinlər", - deyə komitə sədri bildirib.

Q.Paşayeva eyni zamanda cəzaçəkmə müəssisəsində cəzasını çəkən və əməlindən peşman olan bəzi qadınların əfv siyahısına salınmasını da təklif edib.

AzVision.az



Teqlər:



Xəbər lenti