Rusiyada bir ilə 118 terror aktının qarşısı alınıb

Rusiyada bir ilə  118  terror aktının qarşısı alınıb
  11 Aprel 2023    Oxunub:1054
Ötən ilin fevral ayından indiyə kimi Rusiyada gənclər və yeniyetmələr tərəfindən planlaşdırılan 118 terror cinayətinin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Moskvada Milli Antiterror Komitəsinin(MAK) iclasında çıxış edən MAK sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov məlumat verib.

O, həmçinin qeyd edib ki, Rusiyanın başlatdığı müharibə kontekstində Ukrayna xüsusi xidmət orqanları və onların Qərb kuratorları ruslara aqressiv ideoloji və ələalma tədbirlərini gücləndiriblər. MAK sədrinin sözlərinə görə, təxribat-terror və ekstremist fəaliyyətə cəlb olunma halları ilk növbədə gənc nəslə aiddir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti