"İlham Əliyev mənə ən böyük mükafatı Qarabağda verib" - Aqil Abbas

   "İlham Əliyev mənə ən böyük mükafatı Qarabağda verib" -    Aqil Abbas
  11 Aprel 2023    Oxunub:1852
"Prezident ən böyük mükafatı mənə Qarabağı azad edəndə verdi".
AzVision.az xəbər verir ki, bunu millət vəkili Aqil Abbas prezident İlham Əliyevin onu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsindən danışarkən deyib.

Deputat bildirib ki, belə bir xəbər onun üçün sürpriz olub.

"Xəbəri 20 dəqiqə olar eşitmişəm. Əməyimə verdiyi qiymətə görə prezidentə təşəkkür edirəm. Sürpriz oldu. Açığı gözləmirdim. Mənə ən böyük mükafatı prezident Qarabağı azad edəndə verib. Ağdamı, Şuşanı, Kəlbəcəri işğaldan azad görmək elə ən böyük mükafatdır. Evimizə raghat gedib gəlirəm".

Qeyd edək ki, Aqil Abbasov1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Bundan başqa Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov da 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: AqilAbbas  



Xəbər lenti