Süni zəka Küveytdə aparıcılıq edəcək

   Süni zəka Küveytdə aparıcılıq edəcək
  11 Aprel 2023    Oxunub:1478
Süni intellektlə işləyən virtual xəbər aparıcısı Fedha Küveytdə yerləşən "Kuwait News" xəbər kanalının yeni aparıcısı olacaq.
AzVision.az xəbər verir ki, ərəbcə danışan Fedhanın ilkin təqdimatı keçirilib. Belə ki, suni zəka insanlardan hansı xəbərləri eşitmək istəməsi barədə sorğu edib.

"Kuwait News" mətbuata verdiyi açıqlamada süni intellekt serveri Fedhanın sınaq mərhələsində olduğunu və internetdə gündəlik xəbərləri oxuyacağını bildirib. Ağ köynək və qara pencək geyinən Fedha tanıtım videosunda sarışın olaraq görüntülənib. Rəsmilər Fedhanın "küveytliləri bir araya gətirən müxtəlifliyi əks etdirdiyini" söyləyib.

Süni zəka media orqanının "Twitter" hesabından gündəlik xəbər bülletenlərini təqdim edəcək. Onun zamanla Küveyt ləhcəsi ilə danışması planlaşdırılır. Tanıtım videosunda aparıcı "Mən Küveytdə "Kuwait News"da süni intellektlə işləyən ilk aparıcı Fedhayam. Hansı xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi eşidək" deyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti