Laçındakı mövqelərimiz atəşə tutulub

   Laçındakı mövqelərimiz atəşə tutulub
  11 Aprel 2023    Oxunub:1377
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

AzVision.az


Teqlər:



Xəbər lenti